İşin təsviri
- UTİS-in inkişaf planının həyata keçirilməsində iştirak etmək;
- Obyektiv nəzarət vasitələrinin monitorinqini və təhlilini həyata keçirmək, təhlükəsizliyə dair məlumatların toplanmasını və onların məxfiliyinin təmin edilməsini həyata keçirmək;
- Aeronaviqasiya xidmətində əsaslı dəyişikliklər zamanı və aşkarlanmış risk faktorları ilə bağlı risklərin qiymətləndirilməsi üzrə işin təşkilini həyata keçirmək;
- Uçuşların təhlükəsizliyinə dair sənədləri toplamaq;
- Uçuşların təhlükəsizliyi üzrə fəaliyyət qrupunun işini təmin etmək;
- Uçuşların təhlükəsizliyi və UTİS-in effektivlik göstəricilərinin işlənib hazırlanmasında və monitorinqinin təşkilində iştirak etmək;
- UTİS fəaliyyətinin qiymətləndirilməsi məqsədilə aparılan yoxlamalarda iştirak etmək.
Tələblər
- Təhsil: Aviasiya sahəsi üzrə ali ixtisas təhsili;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – səlis;
- Problemləri həll etmə bacarığı;
- Qavrama və tez reaksiya vermə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq.