Beynəlxalq satış üzrə aparıcı mütəxəssis / Satış və Əməkdaşlıq İdarəsi

İşin təsviri

  • Beynəlxalq bazarlarda agent və GSA şəbəkəsinin idarə olunması – Mövcud agent və GSA tərəfdaşları ilə davamlı əlaqələrin qurulması, müqavilə şərtlərinə nəzarət, satış performansının qiymətləndirilməsi və yeni potensial tərəfdaşların müəyyən edilərək əməkdaşlığa cəlb olunması;
  • Satış planlarının icrası və aylıq/illik hədəflərin monitorinqi – Təyin olunmuş bazarlar üzrə satış hədəflərinin yerinə yetirilməsinə nəzarət, performans analizlərinin aparılması və nəticələrə əsasən düzəliş tədbirlərinin hazırlanması;
  • Kommersiya təkliflərinin hazırlanması və tərəfdaşlarla razılaşdırılması – Xüsusi tarif, incentive və digər kommersiya şərtlərinin hazırlanması, maliyyə və pricing bölməsi ilə koordinasiya və tərəfdaşlarla danışıqların aparılması;
  • Turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi – Mövcud turizm şirkətləri ilə münasibətlərin inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin qurulması;
  • Bazar təhlilləri və rəqib monitorinqi – Hədəf bazarlarda satış dinamikasının təhlili, rəqib şirkətlərin tarif və distribusiya strategiyalarının monitorinqi, bazar payının artırılması üçün təkliflərin hazırlanması;
  • Satış performansı üzrə hesabatların hazırlanması -Aylıq və rüblük satış nəticələrinin təhlili, əsas performans göstəriciləri (KPI) üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Pricing, Marketinq və digər daxili komandalarla koordinasiya – Satış fəaliyyətlərinin effektivliyinin artırılması məqsədilə müvafiq daxili bölmələrlə sıx əməkdaşlıq, kampaniyaların və kommersiya təşəbbüslərinin birgə icrası;
  • Distribusiya kanalları üzrə ümumi nəzarət və texniki komandalarla operativ əlaqə (NDC/GDS üzrə əsas koordinasiya) – Satış kanallarının düzgün işləməsinə nəzarət, texniki məsələlərin operativ həlli üçün müvafiq şöbələrlə koordinasiya və distribusiya effektivliyinin artırılmasına yönəlmiş təkliflərin hazırlanması.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Beynəlxalq satış üzrə 3 il iş təcrübəsi;
  • Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Rəqəmlərlə işləmək bacarığı, təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint;
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis dillərində səlis danışıq.

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı