İşin təsviri
- Hava yolu şirkətinin beynəlxalq satış strategiyasını həyata keçirmək və inkişaf etdirmək;
- Şirkətin xarici bazarlarda satış hədəflərinə çatması ilə bağlı tədbirlər görmək və uyğun təkliflər vermək;
- Müxtəlif bölgələrdə müştəri bazasını genişləndirmək və mövcud müştərilərlə əlaqələri inkişaf etdirmək;
- Beynəlxalq bazarları təhlil etmək, rəqibləri izləmək və bazar ehtiyaclarına uyğun olaraq satış strategiyalarını uyğunlaşdırmaq;
- Uçuş doluluğunu artırmaq və gəlirliliyi təmin etmək üçün xüsusi kampaniyaların, promosyonların və satış təşviqlərinin hazırlanmasında iştirak etmək;
- Müxtəlif ölkələrdə satış komandaları ilə əməkdaşlıq etmək və onları dəstəkləmək;
- Satış performansını izləmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr)
- Beynəlxalq satış üzrə 3 il iş təcrübəsi;
- Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Rəqəmlərlə işləmək bacarığı, təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint;
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis dillərində səlis danışıq.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı