İşin təsviri
- MS SQL və Oracle SQL üzərindən məlumatların sorğulanması, mürəkkəb SQL scriptlərinin yazılması və performans baxımından optimallaşdırılması;
- Power BI vasitəsilə analitik hesabatların və interaktiv dashboardların hazırlanması və təkmilləşdirilməsi;
- Python vasitəsilə məlumatların emalı, dərin təhlili və hesabat proseslərinin avtomatlaşdırılması;
- Analitik ehtiyaclara uyğun məlumat modellərinin qurulması və mövcud modellərin təkmilləşdirilməsi;
- Dashboardların, hesabatların və modellərin düzgünlüyünün, ardıcıllığının və keyfiyyətinin təmin edilməsi;
- Biznes bölmələri və digər texniki komandalar ilə sıx əməkdaşlıq edərək biznes tələbləri əsasında analitik həllərin hazırlanması;
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- (Bİ) və Hesabatlılıq və müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Tələb olunan Proqram Bilikləri: MS SQL, Oracle SQL, Python, Power BI;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta texniki)
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı