İşin təsviri
- Biznes ehtiyaclarına əsaslanaraq Omnichannel məhsulu üzrə hansı dataların tələb olunduğunu müəyyən etmək;
- Biznes qərarları üçün istifadə olunacaq əsas data elementlərini və göstəriciləri formalaşdırmaq;
- Tələb olunan dataların hansı sistemlərdə mövcud olduğunu və hansı mənbələrdən əldə ediləcəyini müəyyən etmək;
- Müxtəlif sistemlərdən gələn dataların birləşdirilməsi üçün ümumi data məntiqini qurmaq;
- Sistemlər arasında data inteqrasiyasının düzgün və ardıcıl işləməsinə nəzarət etmək;
- Toplanan dataların strukturlaşdırılmış, oxunaqlı və istifadə üçün yararlı olmasını təmin etmək;
- Dataların təmizlənməsi, səhvlərin və uyğunsuzluqların aradan qaldırılması proseslərinə nəzarət etmək;
- Eyni müştəriyə aid dataların bütün sistemlərdə unikal və eyni identifikasiya ilə tanınmasını təmin etmək;
- Müştəri datalarının təkrarlanmasının, qarışmasının və uyğunsuzluğunun qarşısını almaq üçün qaydalar müəyyən etmək;
- Bütün kanallar üzrə müştəri datalarının eyni və ardıcıl olmasını təmin etmək;
- Data keyfiyyəti, tamlığı və etibarlılığı ilə bağlı riskləri vaxtında aşkar etmək və həll təklifləri vermək;
- Omnichannel məhsulu üzrə əsas data strukturlarının və data modellərinin formalaşdırılmasında iştirak etmək;
- Məhsul, biznes və idarəetmə komandaları üçün etibarlı və düzgün data təmin olunmasına cavabdeh olmaq;
- Data governance prinsiplərinin Omnichannel məhsulu üzrə tətbiqinə nəzarət etmək;
- Dataya əsaslanan qərarların verilməsi üçün etibarlı data bazasının formalaşdırılmasına töhfə vermək;
- Omnichannel məhsulu üzrə data idarəetmə yanaşmasının davamlı və dayanıqlı şəkildə qurulmasını təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali
- Data analitik vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Təqdimat bacarıqlar
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).
Texniki bacarıqlar :
Data inteqrasiyası və data platformaları:
- Data warehouse və data lake platformaları (Snowflake, BigQuery, Azure Data Lake, AWS Redshift və ya oxşar);
- ETL / ELT alətləri (Talend, Informatica, Fivetran, Airflow və ya oxşar);
- Müştəri data platformaları və əsas sistemlər
- CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP CRM və ya oxşar);
- CDP sistemləri (Tealium, Adobe Experience Platform, Segment və ya oxşar).
Data keyfiyyəti və data governance:
- Data keyfiyyəti və uyğunluq alətləri (Great Expectations, Collibra, Alation və ya oxşar);
- Master Data Management (MDM) anlayışı və alətləri;
Sistemlər və inteqrasiya
- API və sistemlərarası inteqrasiya anlayışı (REST, JSON –kod yazmadan);
- Identity və müştəri identifikasiyası məntiqi (ID matching, deduplication, SSO anlayışı);
Analitik və yoxlama alətləri
- Microsoft Excel
- SQL
Sənədləşmə və koordinasiya
- Jira
- Confluence