İşin təsviri
- Fəaliyyət istiqamətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və təhlilin aparılmasında iştirak etmək;
- Risklərin idarə edilməsi ilə bağlı qaydaların hazırlanması və tətbiqinə dəstək vermək;
- Risk reyestri, əsas risk göstəriciləri və risk insidentləri üzrə hesabatlılığın hazırlanması ilə bağlı dəstək vermək;
- Risklərin idarə edilməsi fəaliyyəti üzrə məlumatların toplanması, təhlili, risklərin əsas sistemlərdən avtomatik əldə edilməsi və təqdimatı üçün tələb olunan hesabatların hazırlanmasında iştirak etmək;
- Risklərlə əlaqəli məlumatların struktur bölmələrdən toplanılması və ilkin təhlillərin həyata keçirilməsini reallaşdırmaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- SQL, Python, Power BI bilikləri üstünlükdür;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta);
- Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
- Problemi Həll etmə Bacarığı;
- Təqdimat Bacarıqları;
- Komandada İşləmə Bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri – Heydər Əliyev Beynəlxalq Hava Limanı.