İşin təsviri
- Uçuşdan əvvəl uçuş planlarının və uçuş brifinqlərinin hazırlanması;
- Hava limanı və hava məkanı qaydalarına riayət olunmasını təmin etmək məqsədilə hava gəmilərinin uçuş cədvəlinin idarə edilməsi;
- Pilotlar və yerüstü xidmətlər arasında koordinasiyanın təmin edilməsi;
- Təyyarənin uçuşuna icazə verilməsi üçün dispatch buraxılış sənədlərinin imzalanması;
- Həm gediş, həm də təyinat hava limanlarında hava şəraitinin monitorinqi və mümkün risklərin qiymətləndirilməsi;
- Uçuşun təhlükəsiz həyata keçirilməsi üçün zəruri məlumatları əhatə edən uçuş planlarının hazırlanması;
- Təyyarənin çəkisinin və yanacaq yüklərinin yoxlanılması;
- Uçuş zamanı yarana biləcək məsələlərin həlli üçün hava gəmisi kapitanı ilə operativ əlaqənin saxlanılması.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi);
- Milli Aviasiya Akademiyasının Meteorologiya və ya Hava Trafik ixtisasları üzrə məzunlara üstünlük verilir;
- İş təcrübəsi tələb olunmur (təcrübəli dispetçerlərə üstünlük verilə bilər);
- Azərbaycan dilini yüksək səviyyədə bilmək;
- İngilis dili – minimum Intermediate səviyyə;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Qərarvermə və operativ reaksiya bacarığı;
- Komandada işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş qrafiki:
- Növbəli
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı