İşin təsviri
- Agentliyin icraçısı olduğu dövlət proqramlarının icrasını, təqibini və əlaqələndirilməsini təmin etmək, monitorinqini aparmaq;
- Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət proqramlarının layihələrinin, tədbirlər planının və normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Dövlət proqramlarının və layihələrin nəticələrini ölçmək, təhlil etmək, mütəmadi hesabatlar, təqdimatlar, PR materialları və məqalələr hazırlamaq;
- Agentlik daxilində və xaricində həyata keçirilən layihələrin əlaqələndirilməsində yaxından iştirak etmək, müxtəlif tərəfdaşlarla səmərəli işbirliyi qurmaq;
- Agentliyin strateji planlarının, şöbə tərəfindən hazırlanan plan və sənədlərin tərtibinə töhfə vermək;
- Aidiyyəti üzrə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müəyyən olunmuş müddətdə baxmaq və əsaslandırılmış cavablar hazırlamaq.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Hüquq, Dövlət və bələdiyyə idarəetməsi və ya müvafiq digər sahələr üzrə);
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – yaxşı;
- Rus dili – orta.
- MS Office (Excel, Word) proqramları ilə sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə analitik düşüncə və təhlil etmə qabiliyyəti;
- Müxtəlif tərəfdaşlarla işləmək və güclü yazılı/şifahi ünsiyyət bacarıqları;
- Təqdimatların, hesabatların və analitik sənədlərin peşəkar səviyyədə hazırlanması təcrübəsi.
- PMP və ya digər beynəlxalq layihə idarəetməsi sertifikatlarının olması (üstünlükdür);
- Dövlət proqramlarının idarə edilməsi və əlaqələndirilməsi üzrə praktiki təcrübənin olması (üstünlükdür).