Embraer/ Airbus hava gəmilərinin sənədləşmə və sertifikasiyası üzrə mühəndis

İşin təsviri

Təsvir

  • Kağız və rəqəmsal formatda FCOM, QRH, AOM, MEL, W&B və FM texniki sənədlərinin əldə olunmasına, hazırlanmasına və idarə edilməsinə nəzarət etmək;
  • Təyyarələrdə istifadə olunan texniki sənədlərin yenilənməsi prosesini koordinasiya etmək və bu istiqamətdə zəruri tədbirləri həyata keçirmək;
  • Embraer tipli hava gəmilərində istifadə olunan elektron daşıyıcılardakı proqram təminatının idarə edilməsinə nəzarət etmək;
  • Texniki sənədlər üzrə kitabxana fəaliyyətinin təşkilini, yenilənməsini və monitorinqini təmin etmək;
  • Yeni istismara qəbul edilən hava gəmiləri üçün tələb olunan qanuni sənədlərin hazırlanmasını və xüsusi icazələrin alınmasını koordinasiya etmək;
  • Təyyarələrə aid qanuni sənədlərin qüvvədə olma müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək;
  • Təyyarələrdə mövcud qanuni sənədlərin mütəmadi yoxlanılmasını həyata keçirmək və köhnəlmiş və ya etibarlılıq müddəti bitmiş sənədləri müəyyən edərək yenilənməsini təmin etmək;
  • İngilis dilində yayımlanan cari texniki və əməliyyat məlumatlarını izləmək, təhlil etmək və müvafiq mütəxəssislərə operativ şəkildə çatdırmaq;
  • Şöbə rəisinin verdiyi tapşırıq və göstərişləri müəyyən edilmiş müddətdə və tam şəkildə yerinə yetirmək.

Tələblər

  • Təhsil: Bakalavr dərəcəsi (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla;
  • Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması və effektiv kommunikasiya bacarığı;
  • Analitik düşünmə və qərarvermə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Təqdimat hazırlamaq və təqdim etmək bacarığı;
  • Dəyişikliklərə operativ uyğunlaşma bacarığı;
  • Komandada effektiv işləmək bacarığı.

İş yeri

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı.

İş rejimi

  • 5 günlük iş qrafiki (09:00–18:00).