İşin təsviri
- İllik Daxili Audit planına uyğun və plandankənar risk əsaslı audit və məsləhət layihələrinin icrası;
- İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə tövsiyə verilməsi;
- Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrası prosesinin təqib edilməsi;
- Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanmasında və rəhbərliyə təqdim edilməsində iştirak;
- Vəzifə və funksiyaların Daxili Audit haqqında Azərbaycan Respublikasının Qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili Audit Standartlarına əsasən icra edilməsi;
- Daxili audit metodologiyasının və prosedurlarının inkişaf etdirilməsində iştirak etmək.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Aviasiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət, aviasiya və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi;
- Müvafiq beynəlxalq sertifikatlara sahib namizədlərə üstünlük verilir (CIA, CRMA, COSO IC, IOSA, COBIT və s.);
- Namizəd öz bilik və bacarıqlarını mütəmadi olaraq inkişaf etdirməyə və təkmilləşdirməyə hazır olmalıdır;
- Oracle verilənlər bazası və PL/SQL üzrə işləmə bacarıqları;
- Microsoft Office proqramlarında işləmək bacarıqları;
- Analitik düşünmə və müstəqil araşdırma bacarığı;
- Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzuolunandır);
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri – Heydər Əliyev Beynəlxalq Hava Limanı.