İşin təsviri
- Böyük həcmli məlumatların işlənməsi, təmizlənməsi, transformasiyası və analitik modellər üçün hazır vəziyyətə gətirilməsi, yüksək dəqiqlik və etibarlılığın təmin edilməsi;
- Proqnozlaşdırma, tələb planlaması, qiymət elastikliyi və gəlir tendensiyalarını təhlil etmək üçün statistik və maşın öyrənməsi modellərinin qurulması və tətbiqi;
- SQL, Python/R və s. vasitəsilə məlumat axınlarının, ETL/ELT proseslərinin və analitik pipeline-ların avtomatlaşdırılması;
- Kommersiya KPI-ları, gəlir göstəriciləri və performans metriklərini izləmək üçün avtomatlaşdırılmış dashboard və hesabatların (Power BI və s.) hazırlanması və optimallaşdırılması;
- Marşrut və bazar səviyyəsində gəlir performansının təhlili, zəif nəticələrin müəyyən edilməsi və optimallaşdırma tövsiyələrinin verilməsi;
- Satış və Şəbəkə və Cədvəl Planlaşdırması ilə sıx əməkdaşlıq edərək gəlir büdcəsi hədəflərinin hazırlanması və paylaşılması;
- Müştəri seqmentasiyası, davranış analitikası və gəlir töhfəsi modellərinin hazırlanması və inkişaf etdirilməsi;
- Analitik nəticələrin rəhbərliyə və funksional komandalara təqdim edilməsi;
- Analitika prosesləri, modellər və məlumat xəritələri üzrə texniki sənədlərin hazırlanması və yenilənməsi;
- Şəbəkə və Cədvəl Planlaşdırması, Satış və Tərəfdaşlıq, Gəlirlərin İdarəolunması, Tarif və Marketinq ilə əməkdaşlıq edərək gəlir üzrə analitik nəticələrin tətbiqinin təmin edilməsi;
- Gəlirlərin İdarəolunması, Tarif və Satış üzrə təşəbbüs və pilot layihələrdə tətbiq oluna bilən analitik nəticələrin təqdim edilməsi.
Tələblər
- Təhsil səviyyəsi: Ali ;
- Analitik fəaliyyəti üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
- Gəlirlərin İdarəolunması, kommersiya analitikası, biznes intellekti və ya oxşar sahədə təcrübə (aviasiya və ya səyahət sənayesi üstünlükdür);
- Gəlir proqnozları, qiymət modelləri və tələb planlama alətləri hazırlama üzrə praktik təcrübə;
- Məlumat təhlili, modelləşdirmə və statistik metodlarda (reqressiya, klasterləşmə, zaman sıraları və s.) güclü biliklər;
- Avtomatlaşdırılmış dashboard və hesabatlar hazırlama üzrə təcrübə (Power BI, Tableau, Excel VBA);
- SQL və ən azı bir analitik proqramlaşdırma dili (Python, R və s.) ilə işləmə bacarığı;
- Böyük və mürəkkəb dataset-lərlə işləmə və onları praktik analitik nəticələrə çevirmə təcrübəsi;
- Gəlir büdcəsi, performans izləmə və KPI çərçivələri ilə tanışlıq;
- Maşın öyrənməsi konseptləri və prediktiv analitika ilə ilkin təcrübə üstünlükdür;
- Çoxfunksiyalı komandalarla işləmək və sürətli, məlumat yönümlü mühitdə nəticə əldə etmək təcrübəsi;
- ETL/ELT prosesləri, data pipeline-lar və məlumat axınlarının avtomatlaşdırılması üzrə təcrübə;
- Cloud platformalarından hər hansı biri ilə tanışlıq (Azure, AWS, Google Cloud və s.) üstünlükdür;
- Microsoft Office proqramları- xüsusilə PowerPoint və Excel üzrə yüksək səviyyə;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (yüksək).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı