İşin təsviri
- Hava limanında turniketlərdən istifadə prosesinə nəzarət etmək;
- Sərnişinlərin və digər şəxslərin turniketlərdən müəyyən edilmiş qaydalara uyğun keçidini təmin etmək;
- Turniketlərdən istifadə zamanı yaranan çətinlik və nasazlıqları müəyyən etmək və aidiyyəti əməkdaşlara məlumat vermək;
- Keçid prosesində müəyyən edilmiş qayda və tələblərə riayət olunmasına nəzarət etmək;
- Turniketlərdən istifadə ilə bağlı məlumatların və göstəricilərin düzgün qeydiyyatını və uçotunu təmin etmək;
- Zəruri hallarda sərnişinlərə və digər istifadəçilərə turniketlərdən düzgün istifadə qaydaları barədə məlumat vermək;
- Keçid zamanı yaranan məsələləri operativ şəkildə həll etmək və tələb olunduqda rəhbərliyə məlumat təqdim etmək;
- Hava limanının digər aidiyyəti struktur bölmələri ilə səmərəli əməkdaşlıq etmək;
- İş prosesində təhlükəsizlik, xidmət keyfiyyəti və daxili prosedur və qaydalara riayət olunmasını təmin etmək;
- Növbə ərzində baş verən hadisələr və aşkar edilmiş problemlər barədə müvafiq məlumatları təqdim etmək;
- Rəhbərliyin vəzifə funksiyalarına uyğun digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Minimum orta ixtisas təhsili;
- İş təcrübəsinə dair xüsusi tələb müəyyən edilməmişdir;
- Azərbaycan dilini əla, ingilis və rus dillərini bilmək üstünlükdür;
- MS Word, MS Excel və MS Outlook proqramlarından istifadə bacarığı;
- Yüksək ünsiyyət və insanlarla düzgün kommunikasiya qurmaq bacarığı;
- Danışıqların aparılması və yaranan problemləri operativ həll etmək bacarığı;
- İş prosesində müstəqil qərar qəbul etmək və məsuliyyətli yanaşma nümayiş etdirmək bacarığı;
- Yeni məlumat və prosedurları tez mənimsəmək və tətbiq etmək bacarığı;
- Dəyişikliklərə və dinamik iş mühitinə uyğunlaşmaq bacarığı;
- Komandada işləmək və digər əməkdaşlarla effektiv əməkdaşlıq etmək bacarığı;
- Təqdimat və məlumatı aydın şəkildə çatdırmaq bacarığı;
- Diqqətli, intizamlı, məsuliyyətli və operativ olmaq;
- Sərnişinlərlə və digər şəxslərlə ünsiyyətdə nəzakətli və xidmət yönümlü yanaşma nümayiş etdirmək.
İş rejimi: Növbəli
İş yeri: Gəncə Beynəlxalq Hava Limanı