İşin təsviri
- Dizel-generatorlarının məsafədən idarə olunan obyektlərində aşağı gərginlikli bölüşdürücü və işıq texnikası avadanlıqlarının texniki istismarını təmin edir;
- Uçuşların işıq texnikası vasitələrinə texniki xidmət göstərir, onların təmiri, sazlanması və nizama salınması işlərini həyata keçirir;
- Əmək məhsuldarlığının artırılması, xərclərin azaldılması və qabaqcıl texniki və təşkilati metodların tətbiqi istiqamətində tədbirlərdə iştirak edir;
- İşıq texnikası avadanlıqlarının, ehtiyat hissələrinin, istismar materiallarının və elektrik enerjisinin səmərəli istifadəsinə nəzarət edir;
- Müvafiq texniki və hesabat sənədlərini tərtib edir və rəsmiləşdirir.
Tələblər
- Peşə təhsil;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
- Qərarvermə və problem həll etmə bacarıqları
- Yüksək öyrənmə qabiliyyəti və davamlı inkişafa açıqlıq
- Dəyişikliklərə tez uyğunlaşmaq bacarığı
- Komandada effektiv işləmək bacarığı
İş qrafiki: Növbəli
İş yeri: Gəncə Beynəlxalq Hava Limanı