İşin təsviri
- Hər mövsüm üçün uçuş cədvəllərinin hazırlanmasında və təyyarə rotasiyalarının optimallaşdırılmasında iştirak etmək;
- Təyyarə rotasiya planlarını hazırlamaq və səmərəli cədvəlin təmin edilməsi məqsədilə məlumat təhlilləri aparmaq;
- Təyyarə parkının səmərəli istifadəsini təmin etmək üçün mövcud cədvəlləri izləmək və onların effektivliyini qiymətləndirmək;
- Əməliyyatlarda yarana biləcək problemləri vaxtında təhlil etmək və onların həlli üçün müvafiq tədbirlər görmək;
- Mövcud cədvəllərin optimallaşdırılması və təyyarə rotasiya planlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Təyyarə parkının optimal istifadəsini və əməliyyatların səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə cədvəl dəyişiklikləri ilə bağlı təkliflər irəli sürmək;
- Cədvəl planlarının əməliyyat tələblərinə və kommersiya hədəflərinə uyğunluğunu təmin etmək üçün digər departamentlərlə əməkdaşlıq etmək;
- Digər komandalarla sıx əməkdaşlıq edərək cədvəllərin icrasını təmin etmək və əməliyyatlarda yaranan problemləri vaxtında həll etmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.