Hava Limanlarının İnfrastrukturu İdarəsi/ Tikintiyə texniki nəzarət üzrə aparıcı mühəndis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki spesifikasiyalar, smeta və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət etmək;
Tikinti prosesində istifadə olunan materialların, konstruksiyaların və avadanlıqların layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
Tikinti-quraşdırma işləri zamanı aşkar edilmiş uyğunsuzluq və qüsurların aradan qaldırılmasına nəzarət etmək;
Tikinti işlərinin icrası zamanı layihə sənədlərindən kənarlaşmaları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Layihə sənədlərinə dəyişiklik və düzəlişlərin edilməsi zərurəti yarandıqda müvafiq layihə təşkilatları ilə koordinasiyanı həyata keçirmək;
Tikinti-quraşdırma işləri üzrə tərtib edilmiş aktları, protokolları və digər texniki sənədləri yoxlamaq;
Forma-2, Forma-3 və digər icra sənədlərində qeyd olunan iş həcmlərinin faktiki yerinə yetirilmiş işlərə uyğunluğunu yoxlamaq.
Tələblər
- Ali təhsil
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint
- Qaz avadanlıqlarının istismarı və təmiri üzrə müvafiq sertifikat tələb olunur
- Yazılı və şifahi ünsiyyət bacarıqları
- Problemlərin həlli bacarığı
- Təqdimat bacarıqları
- Öyrənmə qabiliyyəti
- Dəyişikliklərə uyğunlaşma bacarığı
- Komandada işləmək bacarığı
- 5 günlük
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Üstünlük hesab olunur
- Rus dili – arzuolunandır
Oxşar elanlar
- Hava Limanları İnfrastrukturu İdarəsi/ Mühəndis-elektronçuAzərbaycan Hava Yolları (AZAL) · Bu gün
- Nəqliyyat mexaniki (Ağsu)North West · Bu gün
- NOC/SOC L2 Support SpecialistEsyasoft CIS · Bu gün
- ERP üzrə Data AnalitikBLACKWELL LLC · Bu gün
- İstismar üzrə menecerFacility Management Group · Bu gün
- NOC/SOC L1 Support SpecialistEsyasoft CIS · Bu gün