İşin təsviri
- İT infrastrukturu və avadanlıqları ilə bağlı potensial risklərin müəyyən edilməsi, araşdırılması, qiymətləndirilməsi, yenilənməsi və bu barədə hesabatların hazırlanması;
- Təşkilatın informasiya təhlükəsizliyi üzrə idarəetmə çərçivələrinin hazırlanması;
- Müəyyən edilmiş risklərin Risk Reyestrinə daxil edilməsi və onların dövri monitorinqinin təşkil edilməsi;
- Risklər və baş vermiş İT insidentlərinin “kök səbəb” analizinin aparılması və uyğun tədbirlər planının hazırlanması;
- İT siyasətləri, prosedurları və standartların hazırlanmasında iştirak etmək və onların tətbiqinə dəstək göstərilməsi;
- İnformasiya texnologiyaları siyasətlərində, prosedurlarında və standartlarında uyğunluğa və aktuallığa nəzarət edilməsi, pozulma halların aşkarlanması, lazım olduqda dəyişilməsi, və ya tərtib edilməsi;
- İT sənədlərinin beynəlxalq standartlara, təcrübələrə və müvafiq tələblərə uyğunluğunu təmin edilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə təlim, təhsil və maarifləndirmə proqramları üçün məqsədlərin və kontentin hazırlanmasında iştirak edilməsi;
- Təşkilat daxilində risklərin idarə olunması mədəniyyətinin təşviq olunmasında iştirak edilməsi.
Tələblər
- Təhsil səviyyəsi: Ali – (İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri);
- Fundamental İT biliklərinin olması;
- İnformasiya təhlükəsizlik, risklərin idarə olunması və ya audit sahəsində minimum 2-3 il iş təcrübəsi;
- İT və İnformasiya təhlükəsizliyi risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə bilik və bacarıqlar;
- İnsidentlərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar;
- Dəyişikliklərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar;
- ISO 27001, ISO 31000, COBIT, ITIL və ya digər müvafiq sertifikatlar üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili – yüksək, İngilis dili – yüksək, Rus dili – orta.
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Strateji düşünmə qabiliyyəti;
İş qrafiki:
- 5 günlük (2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı