İşin təsviri
- İnformasiya təhlükəsizliyi arxitekturasının hazırlanması və saxlanılması;
- Sistem və şəbəkə infrastrukturunun təhlükəsizlik tələblərinə uyğun dizaynı;
- Təhlükəsizlik risklərinin və zəifliklərinin təhlili, azaldılması üzrə tədbirlərin görülməsi;
- Firewall, IDS/IPS, SIEM, IAM və digər təhlükəsizlik həllərinin, o cümlədən Windows mühiti (Active Directory,Group Policy, Windows Server security, endpoint security) üzrə dizaynı və inteqrasiyası;
- Yeni layihələrdə “security by design” və “security by default” yanaşmasının tətbiqi;
- Texniki komandalarla birgə işləyərək təhlükəsizlik standartlarının icrasına nəzarət;
- Təhlükəsizlik siyasətləri, standartlar və texniki tələblərin hazırlanması.
Tələblər
- Informasiyə Təhlükəsizliyi, Kompüter Elmləri və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İnformasiya Təhlükəsizliyi sahəsində minimum 3 illik praktiki təcrübə;
- Sistemlər (Windows/Linux) və şəbəkə texnologiyaları üzrə dərin bilik;
- İnformasiya təhlükəsizliyi arxitekturası və təhlükəsizlik həlləri üzrə praktiki təcrübə;
- Şəbəkə və sistem təhlükəsizliyi prinsiplərini yaxşı bilmə;
- Analitik düşünmə və texniki problemlərin həll bacarığı;
- CISSP, CCSP və ya digər müvafiq sertifikatlar üstünlükdür;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Strateji düşünmə qabiliyyəti;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Dəyişikliklərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar;
- Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – yüksək, İngilis dili – yüksək, Rus dili – orta.
İş qrafiki:
- 5 günlük (2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı