İşin təsviri
- Biznes Tələblərinin toplanması və təhlili: Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes ehtiyaclarını və tələblərini müəyyənləşdirmək və sənədləşdirmək;
- Məlumatların toplanması və təhlili: Uçuş cədvəlləri, sərnişinrezervasiyaları, gəlir və xərclər kimi məlumatları toplayaraq təhlil etmək və nəticələri vizuallaşdırmaq;
- Proseslərin təkmilləşdirilməsi: Mövcud biznes proseslərini təhlil edərək səmərəliliyi artırmaq və məhsuldarlığı yüksəltmək üçün təkliflər vermək;
- İT layihələrində iştirak: Yeni sistemlərin və ya tətbiqlərin hazırlanması və tətbiqi prosesində iştirak etmək və istifadəçi tələblərini texniki spesifikasiyalara çevirmək;
- İstifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi: Müştəri və istifadəçilərlə əməkdaşlıq edərək onların ehtiyaclarını və tələblərini müəyyənləşdirmək və bu tələbləri texniki komandaya aydın şəkildə çatdırmaq üçün sənədləşdirmək;
- Maraqlı tərəflərlə əlaqələrin idarə edilməsi: Biznes və texniki komandalar arasında əlaqə quraraq layihələrin uğurla həyata keçirilməsini təmin etmək;
- Rəqəmsal həllərin tətbiqi: innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə müştəri təcrübəsini və əməliyyat səmərəliliyini artırmaq;
- Məlumatların idarə edilməsi və təhlükəsizlik: Məlumatların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvafiq siyasət və prosedurların tətbiqi;
- Təlim və dəstək: Yeni sistem və proseslər barədə istifadəçilərə təlim vermək və davamlı dəstək göstərmək;
- Davamlı Təkmilləşdirmə və İnnovasiya: Əməliyyatların davamlı təkmilləşdirilməsi üçün yeni ideyalar və strategiyalar inkişaf etdirmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Biznes Analitika üzrə minimum 3 il iş təcrübəsi;
- Aviasiya sahəsində təcrübəsi üstünlükdür;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı