İşin təsviri
- Layihənin planlaşdırılması və icrası: layihənin məqsədlərinə uyğun olaraq ətraflı plan hazırlamaq və onun uğurla həyata keçirilməsini təmin etmək;
- Büdcə və resurs idarəetməsi: layihə büdcəsini təyin etmək, xərcləri izləmək və resursların səmərəli istifadəsini təmin etmək;
- Risklərin idarə edilməsi: layihə ilə bağlı potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların qarşısını almaq üçün strategiyalar;
- Keyfiyyətin təminatı: layihə nəticələrinin müəyyən edilmiş keyfiyyət standartlarına uyğun olmasını təmin etmək;
- Əlaqələrin idarə edilməsi: layihə iştirakçıları, müştərilər və digər maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq və əlaqələri idarə etmək;
- Təqvim və vaxt idarəetməsi: layihə fəaliyyətlərinin vaxtında və planlaşdırılmış təqvimə uyğun həyata keçirilməsini təmin etmək;
- Təchizat və müqavilələrin idarə edilməsi: təchizatçılarla müqavilələrin hazırlanması, icrası və nəzarəti;
- Komanda idarəetməsi: layihə komandasının rəhbərliyi, motivasiyası və inkişafını təmin etmək.
- Layihə hesabatlarının hazırlanması: layihənin gedişi, nəticələri və qarşılaşdığı çətinliklər barədə müntəzəm hesabatlar hazırlamaq;
- Əməliyyatların təkmilləşdirilməsi və inovasiya: layihənin həyata keçirilməsi zamanı əməliyyatların təkmilləşdirilməsi və innovativ həllərin tətbiqini təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Layihələrin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi;
- Aviasiya sahəsində təcrübəsi üstünlükdür;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- İdarəetmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı