Kibertəhdidlərə nəzarət üzrə Mütəxəssis / İnformasiya Təhlükəsizliyi İdarəsi

İşin təsviri

  • Kibertəhdidləri təyin etmək, analiz etmək və aradan qaldırmaq;
  • Təhlükəsizlik insidentləri zamanı ilkin cavab tədbirlərini həyata keçirmək;
  • Sistemdə mövcud zəiflikləri müəyyən etmək üçün mütəmadi olaraq təhlükəsizlik yoxlamaları aparmaq;
  • Zəiflikləri aradan qaldırmaq üçün uyğun həlləri tövsiyə və tətbiq etmək;
  • Təhlükəsizlik hadisələrinə dair cavab planları və prosedurlar hazırlamaq;
  • Təhlükəsizlik insidentləri və zərərli proqramlarla bağlı kəşfiyyat məlumatlarını təhlil etmək;
  • Yeni yaranan təhdidləri izləmək və bu təhdidlərə qarşı tədbirlər planı hazırlamaq;
  • Təhdidlərə dair hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Növbəli iş rejimində işləmək (2 gün iş, 2 gün istirahət).

Tələblər

  • Təhsil səviyyəsi: Ali – (Informasiya Təhlükəsizliyi, Kompüter Elmləri);
  • İnformasiya təhlükəsizlik sahəsində minimum 1 il iş təcrübəsi;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Strateji düşünmə qabiliyyəti;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Təhlükəsizlik texnologiyaları, protokollar və ən yaxşı təcrübələr haqqında dərin anlayış;
  • Şəbəkə və sistem idarəetməsi üzrə dərin biliklər;
  • Kibertəhlükəsizlik alətləri ilə təcrübə (SIEM, EDR, Firewall və s.);
  • Məlumatların şifrələnməsi, məxfilik qanunları və qaydalarına dair biliklər;
  • Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı;
  • BTL1, Comptia Security+ və ya digər müvafiq sertifikatlar üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili – yüksək, İngilis dili – orta, Rus dili – orta.

İş qrafiki:

  • Növbəli

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı