İşin təsviri
- Antivirus, firewall, intrusion detection/prevention systems (IDS/IPS), DLP və digər təhlükəsizlik alətlərinin idarə olunması;
- Şəbəkə təhlükəsizliyi sistemlərinin (firewall, VPN, WAF və s.) idarə olunması və monitorinqi;
- Şəbəkəyə girişə nəzarət sistemi üzərindən siyasətlərinin tətbiqi və cihaz autentifikasiyasının idarə olunması;
- WAF, Anti-DDOS sistemlərinin idarəsi və təhlükəsizlik siyasətlərinin tətbiqi;
- Şəbəkə infrastrukturunun zəifliklərinin təhlili və risklərin azaldılması üzrə tədbirlərin görülməsi;
- Təhlükəsizlik alətlərinin performansını izləmək və optimallaşdırmaq;
- Phishing və sosial mühəndislik hücumlarına qarşı tədbirlər görmək;
- Kibertəhlükəsizlik layihələrində iştirak etmək və dəstək göstərmək;
- Təyin edilmiş zəiflikləri aradan qaldırmaq üçün tövsiyələr vermək və tətbiq etmək;
- Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırmaq.
Tələblər
- İnformasiya Təhlükəsizliyi sahəsində minimum 3 illik praktiki təcrübə;
- Informasiyə Təhlükəsizliyi, Kompüter Elmləri və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Təhlükəsizlik texnologiyaları, protokollar və ən yaxşı təcrübələr haqqında dərin anlayış;
- Şəbəkə və sistem idarəetməsi üzrə dərin biliklər;
- Məlumatların şifrələnməsi, məxfilik qanunları və qaydalarına dair biliklər;
- Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı;
- CompTIA Cybersecurity Analyst (CySA+), Comptia Security+ və ya digər müvafiq sertifikatlar üstünlükdür;
- Azərbaycan dilində əla, İngilis və Rus dili yaxşı səviyyədə bilməli.
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Strateji düşünmə qabiliyyəti;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Dəyişikliklərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar.
İş qrafiki:
- 5 günlük (2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı