İşin təsviri
- Bazarı, trendləri, rəqabəti və hədəf kütlənin ehtiyaclarını öyrənmək üçün hərtərəfli bazar araşdırılmasının aparılması;
- Məhsulun əsas və ikinci dərəcəli performans göstəricilərini izləmək;
- Onlayn satış üzrə dinamikanın təhlili, proqnozlaşdırma;
- Müştəri səyahətinin mərhələlərini (customer journey) təhlil edərək istifadəçi davranışlarını və qarşılaşılan problemləri müəyyən etmək;
- Müxtəlif məhsul testlərinin (A/B test, funksionallıq testləri və s.) nəticələrini analiz etmək və təqdim etmək;
- Məlumatların təhlili və məhsul qiymətləndirmələrinin nəticələrini ümumiləşdirən ətraflı hesabatlar hazırlamaq (məlumatları asan başa düşülən formatda təqdim etmək üçün qrafiklər, diaqramlar və digər vəsaitlərdən istifadə etməklə);
- Nəticələri məhsul komandasına və rəhbərliyə təqdim etmək.
Tələblər
- Analitik və ya məhsul analitik rolu üzrə minimum 1 illik təcrübə;
- Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Data və ya İT ixtisası üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta;
- Google Analytics (GA4 daxil olmaqla), Google Tag Manager və digər veb analitika alətlərində təcrübə;
- Dashboard və hesabat hazırlama bacarığı (Looker Studio, Power BI, Tableau və ya oxşar vasitələrlə);
- SQL və/və ya digər məlumat sorğu dillərində bilik üstünlükdür;
- A/B testing platformaları ilə tanışlıq (məs. Optimizely, VWO);
- Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı;
- Təqdimat bacarıqları;
- Təşəbbüskarlıq və tənqidi düşünmə qabiliyyəti.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı