İşin təsviri
- AZAL-ın etik davranış qaydaları, antikorrupsiya tələbləri və komplayens standartlarının təşviqi və düzgün tətbiqinə nəzarətin təmin edilməsi;
- Məlumatvermə kanalları vasitəsilə daxil olan müraciətlərin, etik pozuntu şübhələrinin və maraqların toqquşması hallarının qəbul edilməsi və ilkin təhlilinin aparılması;
- Araşdırmaların metodoloji tələblərə uyğun şəkildə həyata keçirilməsi, faktların toplanması, sübutların qiymətləndirilməsi və nəticələrin sənədləşdirilməsinin təmin edilməsi;
- Tərəfdaş və təchizatçılar üzrə due diligence yoxlamalarının aparılmasına, müqavilə üzrə audit hüquqlarının icrasına və insan hüquqları risklərinin qiymətləndirilməsinə metodiki və əməli dəstəyin göstərilməsi;
- Aşkarlanmış kənarlaşmaların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi və komplayens tədbirlərinin icra vəziyyətinin monitorinqinə töhfə verilməsi.
- Etika və komplayens sahəsində metodiki izahların hazırlanmasında iştirak edilməsi, daxili siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Maarifləndirici tədbirlərin təşkili və komplayens mədəniyyətinin gücləndirilməsi yolu ilə təşkilatda etik idarəetmə mühitinin və uyğunluq risklərinin effektiv idarə edilməsinin dəstəklənməsi.
Tələblər
- Ali təhsil – İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Maliyyə ixtisasları üzrə;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (komplayens, daxili audit, araşdırma, hüquq, risk idarəçiliyi və ya əlaqəli sahələr);
- Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür);
- Komplayens, etik araşdırmalar, antikorrupsiya və risk idarəçiliyi sahəsində beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramları üstünlükdür (proqramı (məsələn, ICA, ACFE, SCCE, ISO 37001 üzrə təlimlər və s.);
- Etik araşdırmaların aparılması, daxili yoxlamalar və ya due diligence proseslərində iştirak təcrübəsi üstünlükdür;
- Sahəyə uyğun qabaqcıl süni intellekt alətlərindən istifadə bacarığı;
- Analitik hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Yüksək öyrənmə qabiliyyəti və peşəkar inkişaf yönümlülük;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada effektiv işləmək bacarığı.