İşin təsviri
- Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “AZAL” QSC-nin struktur bölmələrinin, “Silk Way Holding” müəssisə və filiallarının, eləcə də digər xidmətlərin operativ növbələrinin vəzifəli şəxslərinin fəaliyyətinə operativ nəzarəti həyata keçirir;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda hava gəmilərinin uçuşlarının sutkalıq planının icrasını və uçuşların yüksək müntəzəmliyinin təmin edilməsini təşkil edir;
- “AZAL” QSC-nin struktur bölmələrinin və “AZAL” QSC-yə müvafiq xidmətlər göstərən agentlərin, onların müəssisə və filiallarının fəaliyyətinə operativ rəhbərlik edir, koordinasiya və nəzarəti həyata keçirir;
- Müəyyən edilmiş texnoloji qrafikə uyğun olaraq reyslərin hazırlanmasının vaxtında və düzgün həyata keçirilməsini təmin edir;
- Uçuşların sutkalıq planı və planda baş verən dəyişikliklər barədə “AZAL” QSC-nin struktur bölmələrinin, eləcə də müvafiq xidmətlər göstərən agentlərin və onların müəssisə və filiallarının operativ növbətçilərini vaxtında məlumatlandırır;
- Uçuş planının icrası üzrə müvafiq uçot və hesabatlılığı aparır;
- Hava gəmilərinin uçuşlarında baş verən ləngimələrin səbəblərini araşdırır və ləngiməyə səbəb olan xidmətləri müəyyən edir;
- Uçuşların ləngiməsi ilə bağlı aşkar edilmiş halları müvafiq növbə rəisinə və aidiyyəti şəxslərə operativ şəkildə bildirir.
Tələblər
- Təhsil: Ali Təhsil (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
- Proqram bilikləri: Word, Excel, Outlook– orta səviyyədə bilmək;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Analitik təhlil etmə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
İş rejimi: Növbəli;
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.