İşin təsviri
- Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Aviasiya Təhlükəsizlik Xidmətinə rəhbərlik etmək, xidmətə həvalə olunmuş vəzifə və funksiyaların vaxtında və normativ-hüquqi aktların tələblərinə uyğun icrasını təşkil etmək;
- Xidmət daxilində baxış, buraxılış, buraxılışa nəzarət, mühafizə, videomüşahidə və kinoloji istiqamətlər üzrə struktur bölmələrin fəaliyyətini planlaşdırmaq, əlaqələndirmək və icrasına nəzarət etmək;
- Aviasiya təhlükəsizliyi sahəsində mövcud riskləri qiymətləndirmək, yaranan situasiyalar üzrə operativ qərarlar qəbul etmək və zəruri hallarda aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək;
- Xidmətin fəaliyyəti üzrə dövri hesabatların hazırlanmasını təmin etmək və Baş İdarə direktoruna təqdim etmək;
- Tabeliyində olan əməkdaşların vəzifə öhdəliklərini, daxili prosedur və normativ sənədlərin tələblərinə uyğun şəkildə yerinə yetirmələrinə nəzarət etmək və icra intizamını təmin etmək.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi), vəzifə üzrə müvafiq ixtisaslaşma üstünlük hesab olunur;
- Rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlük hesab olunur; rus dili biliyi arzuolunandır;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, danışıqlar aparma və təqdimat bacarıqları;
- Qərarvermə, problem həll etmə və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək, idarəetmə və effektiv koordinasiya bacarığı;
- Strateji düşünmə, dəyişikliklərə çevik uyğunlaşma və stresə davamlılıq;
- Öyrənməyə açıq olmaq və peşəkar inkişafda maraqlı olmaq;
- Həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkumluğu olmayan, fiziki cəhətdən sağlam olmaq;
- İş rejimi: 5 günlük
- İş yeri: Lənkəran Beynəlxalq Hava Limanı