İşin təsviri
- Meteoroloji obyektin bütün meteoroloji sistem və avadanlıqlarının, eləcə də ehtiyat sistem və cihazlarının operativ və işlək vəziyyətdə olmasını təmin etməli, zərurət yarandıqda onların təmirini həyata keçirməlidir;
- Avadanlıqların texniki istismarı üzrə işləri yerinə yetirməli və stansiyanın işə hazırlığını təmin etməlidir;
- Bütün meteoroloji sistemlərin fasiləsiz istismarını təmin etməli və təsdiq edilmiş plan-qrafikə uyğun olaraq profilaktik tədbirləri tam həcmdə həyata keçirməlidir;
- Meteoroloji məlumatların vaxtında və keyfiyyətli şəkildə ölçülməsini, həmçinin əldə edilmiş məlumatların operativ təqdim edilməsini təmin etməlidir;
- Texniki vasitələrin istismarı zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların qeydiyyatını və təhlilini aparmalıdır.
Tələblər
- Ali texniki təhsil;
- Müvafiq texniki sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Meteoroloji sistem və avadanlıqların istismarı, texniki xidməti və təmiri üzrə bilik və təcrübə;
- Texniki sənədlərlə işləmək və avadanlıqların uçotunu aparmaq bacarığı;
- Texniki problemləri operativ şəkildə müəyyən etmək və həll etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta səviyyə; Rus dili – arzuolunandır;
- Təqdimat və effektiv ünsiyyət bacarıqları;
- Yeni texnologiya və avadanlıqları mənimsəmək və öyrənmək qabiliyyəti;
- Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşmaq bacarığı;
- Komandada işləmək və digər struktur bölmələrlə əməkdaşlıq etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.