Loyallıq İdarəsi/Satış Və Əməkdaşlıq Şöbəsi/Tərəfdaş Əlaqələri Üzrə Mütəxəssis

İşin təsviri

  • Tərəfdaşlarla müqavilələrin hazırlanması prosesini izləmək və koordinasiya etmək;
  • Daxili idarələrdən razılaşdırmaların (rəy və təsdiqlərin) operativ şəkildə toplanmasını təmin etmək;
  • Tərəfdaş ödənişlərinin düzgün və vaxtında icrasına nəzarət etmək;
  • Tərəfdaşlarla birgə kampaniyaların təşkili və Marketinq komandası ilə əlaqəli koordinasiyanın həyata keçirilməsi;
  • Tərəfdaşların təşviqi üçün Marketinq və digər aidiyyəti strukturlarla əməkdaşlıq etmək;
  • Tərəfdaş inteqrasiyası zamanı texniki komandaya məzmun hazırlığı və müştəri təcrübəsi üzrə testlərdə dəstək vermək.

Tələblər

  • Təhsil: Bakalavr dərəcəsi (biznes, marketinq, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • Minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – C2, İngilis dili – B1, Rus dili – C2;
  • MS Office proqramlarında işləmək bacarığı (Word, Excel, PowerPoint, Outlook);
  • Ünsiyyət və təqdimat bacarıqları, danışıqlar aparmaq və problemi həll etmək qabiliyyəti;
  • Komandada işləmək, dəyişikliklərə adaptasiya və qərarvermə bacarığı;
  • Müştəri təcrübəsi üzrə sertifikatların olması üstünlükdür;
  • Biznes məqsədlərinə uyğun yanaşma və təşəbbüskarlıq.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.