İşin təsviri
- Biznes tapşırıqlara uyğun datanın təhlili, yeni modellərin qurulması və tətbiqi;
- Məlumat bazalarından əldə olunan statistik dataların təmizlənməsi, strukturlaşdırılması, vizuallaşdırılması və dövri hesabatların hazırlanması;
- Əməliyyatlara dair struktur bölmələr üzrə həftəlik, aylıq, rüblük, yarımillik və illik hesabat sistemlərinin planlanması və qurulması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların dərin təhlilinin aparılması;
- Tərəflər üçün müxtəlif analitik hesabatların hazırlanması;
- Optimallaşdırılmış SQL sorğuları vasitəsilə hesabatların çıxarılması və verilənlər bazasında prosedurların idarə edilməsi;
- Fərqli mənbələrdən məlumatların toplanması və DWH (Data Warehouse) strukturlarının qurulması.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
- İş təcrübəsi: Minimum 2 il uyğun sahədə təcrübə;
- Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – yüksək, İngilis dili – yaxşı;
- MS Office proqramları (Excel, Word, PowerPoint, Outlook) – yüksək səviyyədə;
- Əlavə proqram bilikləri SQL (MSSQL, T-SQL), Power BI, Python, Tableau, Power Query və Power Pivot bilikləri;
- Verilənlər bazası ilə işləmə bacarığı;
- DWH qurulması və sorğu optimallaşdırması;
- Statistik və analitik metodlara əsaslanan təhlil bacarığı.
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Təqdimat və danışıqlar aparma bacarığı;
- Qərarvermə və problem həll etmə qabiliyyəti;
- Yeni biliklərə açıqlıq və dəyişikliklərə adaptasiya bacarığı;
- Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.