İşin təsviri
- Müştəri müraciətlərinin qeydiyyata alınması və daxili sistemlərdə düzgün şəkildə işlənməsi;
- Müştərilərə “AZAL Miles” proqramı və digər xidmətlər üzrə dəqiq məlumatların təqdim olunması;
- Telefon, e-mail və digər rabitə kanalları vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması;
- Çətin müraciətlərin aidiyyəti üzrə şöbələrə yönləndirilməsi və icra prosesinin izlənməsi;
- Müştəri məlumatlarının məxfiliyinə və təhlükəsizliyinə riayət olunması;
- Gündəlik və aylıq hesabatların hazırlanmasında iştirak;
- Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə şirkət standartlarına uyğun xidmət göstərilməsi;
- Müştəri rəylərinin toplanması və təhlil üçün müvafiq şöbələrə ötürülməsi;
- Müştəri şikayətlərinin qəbul edilməsi, qeydiyyata alınması və nəticə barədə geribildirim verilməsi;
- Şirkətin tələblərinə uyğun olaraq 7/24 rejimdə və dəyişkən qrafikdə işləmək.
Tələblər
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Müştəri xidməti və ya əməliyyatlar sahəsində minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – C2 (əla səviyyə), Rus dili – C2 (əla səviyyə), İngilis dili – B1 (yaxşı səviyyə);
- Proqram bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook);
- Müştəri təcrübəsi və ya loyallıq proqramları üzrə sertifikasiyaya malik olması üstünlükdür;
- Güclü ünsiyyət və dinləmə bacarığı;
- Problemlərin operativ həlli və qərarvermə bacarığı;
- Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyəti;
- Yüksək məsuliyyət hissi, diqqət və müştəriyönümlülük;
- Gərgin iş rejimində sakit və nəzakətli ünsiyyət tərzini qoruma bacarığı.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı