İşin təsviri
- Kreditlər, istiqraz buraxılışları və digər maliyyələşmə alətləri üzrə kompleks analitik təhlillərin aparılması;
- Borclanma portfelinin və müddət strukturunun təhlili, borclara xidmət göstəricilərinin (DSCR və digər əsas maliyyə metriklərinin) hesablanması və monitorinqi;
- CAPEX layihələri üzrə pul axınlarının modelləşdirilməsi, maliyyələşmə ehtiyaclarının və optimal maliyyə strukturlarının qiymətləndirilməsi;
- Kredit və istiqraz sənədlərinin (Term Sheet, Loan Agreement, Prospectus əlavələri və s.) maliyyə bölmələrinin təhlili və rəy hazırlanması;
- Banklar, investorlar və maliyyə məsləhətçiləri üçün tələb olunan maliyyə hesabatlarının, məlumat paketlərinin və təqdimat materiallarının hazırlanması;
- Rəhbərlik üçün maliyyələşmə alternativləri üzrə qısa analitik arayışların və qərarvermə yönümlü təqdimatların hazırlanması;
- Gündəlik likvidlik mövqeyinin monitorinqi və effektiv idarə olunması;
- Qısa və orta müddətli pul axını proqnozlarının hazırlanması, mütəmadi yenilənməsi və faktiki göstəricilərlə müqayisəli təhlili;
- Valyuta və faiz dərəcəsi risklərinin monitorinqi, hedcinq əməliyyatları üzrə analitik dəstəyin göstərilməsi;
- Borclanma layihələri ilə bağlı dövlət qurumları üçün müvafiq hesabatların və arayışların hazırlanması;
- Xəzinədarlıq fəaliyyətinə dair periodik hesabatların, idarəetmə dashboardlarının və əsas performans göstəricilərinin (KPI) hazırlanması.
Tələblər
- Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahələri üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- CFA və ya ACCA sertifikatının mövcudluğu (mütləq tələb);
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla səviyyədə;
- Microsoft Office proqramları (Word, Excel, Outlook, PowerPoint) – yüksək səviyyədə;
- Analitik düşünmə və təhlil aparma bacarığı;
- Problemlərin effektiv həlli bacarığı;
- Dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti;
- Komandada işləmək bacarığı.
- İş qrafiki: 5 günlük;
- İş yeri: Azure ofis (Xətai rayonu).