İşin təsviri
Təsvir
Təsvir
- Təchizatçılardan daxil olan hesab-fakturaların yoxlanılması, təsdiqlənməsi və mühasibat sisteminə düzgün şəkildə daxil edilməsi;
- Kreditor borcların uçotunun aparılması, təchizatçılarla mütəmadi üzləşdirmələrin həyata keçirilməsi və qalıqların nəzarətdə saxlanılması;
- Ödənişlərin müəyyən edilmiş qrafikə uyğun hazırlanması, təsdiq prosesinin izlənilməsi və vaxtında icrasına nəzarət edilməsi;
- Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və köçürmələrin hazırlanması və icra prosesinin koordinasiya edilməsi;
- Müqavilə şərtlərinə uyğun olaraq ödəniş cədvəllərinin izlənilməsi və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Təchizatçılarla hesablaşmalar zamanı yaranan uyğunsuzluq və mübahisələrin araşdırılması, əlaqələndirilməsi və operativ həllinin təmin edilməsi;
- Ay sonu bağlanış prosesində iştirak edilməsi, hesabların uzlaşdırılması və zəruri mühasibat əməliyyatlarının icrası;
- Maliyyə hesabatlarının hazırlanması üçün tələb olunan məlumatların toplanması, təhlili və təqdim edilməsi;
- Daxili və xarici audit proseslərində iştirak edilməsi, audit sorğularına uyğun sənədlərin hazırlanması və təqdim olunması.
Tələblər
- Təhsil səviyyəsi – Bakalavr;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Word, Excel – əla səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta), Rus dili (orta).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı