İşin təsviri
- Omnichannel üzrə məhsulun planlanması, qurulması və gündəlik inkişaf proseslərini idarə etmək;
- Müştərinin müxtəlif kanallarda (veb, mobil tətbiq, çağrı mərkəzi, fiziki xidmət nöqtələri və s.) eyni və ardıcıl müştəri təcrübəsi yaşamasını təmin etmək ;
- Müxtəlif kanallarda mövcud olan müştəri təcrübəsini təhlil etmək, problemləri, uyğunsuzluqları və inkişaf imkanlarını müəyyənləşdirmək;
- Biznesdən gələn tələbləri konkret və icra edilə bilən məhsul tapşırıqlarına çevirmək;
- Məhsul üzrə prosesləri və icra ediləcək işləri formalaşdırmaq, onların vacibliyini və hansı ardıcıllıqla icra olunacağını müəyyən etmək;
- Məhsul üzrə görülən işlərin plan üzrə və vaxtında icra olunmasına nəzarət etmək;
- Kanallar arasında funksiyaların, məzmunun və ümumi müştəri təcrübəsinin uyğun və əlaqəli olmasını təmin etmək;
- Məhsulla bağlı tələbləri, gözləntiləri və nəticələri aydın və başa düşülən şəkildə sənədləşdirmək;
- Məhsulun tətbiqi zamanı ortaya çıxan problemləri vaxtında aşkar etmək və həllinə dəstək vermək;
- Məhsulun real istifadəsini izləmək, hansı funksiyaların effektiv işlədiyini və hansının əlavə inkişaf tələb etdiyini müəyyənləşdirmək;
- Müştəri rəyləri və istifadə məlumatlarına əsaslanaraq müştəri təcrübəsini davamlı şəkildə yaxşılaşdırmaq;
- Platformalar arasında məlumatların düzgün, ardıcıl və əlaqəli şəkildə işləməsinə nəzarət etmək;
- Məhsul üzrə təqdimatlar, qısa hesabatlar və yenilənmələr hazırlamaq;
- Məhsulun daxili qaydalara, təhlükəsizlik və məlumatların qorunması tələblərinə uyğun olmasını təmin etmək;
- Omnichannel məhsulun daha səmərəli idarə olunması üçün proseslərin təkmilləşdirilməsinə töhfə vermək.
Tələblər
- Təhsil səviyyəsi: Ali
- Product owner vəzifəsində minimum 4-5 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Təqdimat bacarıqlar
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).
Texniki bacarıqlar :
Backlog və işlərin idarə olunması;
- Jira
- Azure DevOps (və ya oxşar)
Sənədləşmə və təqdimatlar:
- Confluence
- Microsoft Word
- Microsoft PowerPoint
Analitika və hesabat :
- Microsoft Excel
- Power BI və ya Tableau
- Google Analytics və ya oxşar
Müştəri və Omnichannel platformaları:
- CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP
- CRM və ya oxşar)
- Müştəri xidmət platformaları (Zendesk, Freshdesk və ya
- oxşar)
Dizayn və proses alətləri:
- Miro
- Figma (oxuma və rəy səviyyəsində)
Sistemlər üzrə ümumi anlayış:
- Web və mobil tətbiqlər
- Login və istifadəçi profili sistemləri
- API anlayışı (texniki olmayan səviyyədə)
Test və qəbul:
- UAT prosesləri
- ira və ya oxşar test izləmə alətləri
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı