Mobil tətbiq üzrə proqramçı / İnformasiya texnologiyaları layihələrinin idarə olunması şöbəsi

İşin təsviri

  • Android və iOS platformaları üçün mobil tətbiqlərin hazırlanmasını, inkişaf etdirilməsini və texniki dəstəyini həyata keçirmək;
  • Biznes tələblərini təhlil etmək, texniki həllər hazırlamaq və mobil tətbiqlərin arxitekturasının formalaşdırılmasında iştirak etmək;
  • Yeni funksionallıqların hazırlanmasını, mövcud funksionallıqların təkmilləşdirilməsini və optimallaşdırılmasını təmin etmək;
  • Daxili və xarici sistemlərlə inteqrasiyaların hazırlanmasında və dəstəklənməsində iştirak etmək;
  • Mobil tətbiqlərin performansını, təhlükəsizliyini və dayanıqlığını təmin etmək;
  • Proqram təminatının test edilməsində iştirak etmək, aşkar edilmiş problemləri aradan qaldırmaq və kod keyfiyyətini təmin etmək;
  • Mobil tətbiqlərin tətbiq mağazalarında (Google Play Store, Apple App Store və s.) yerləşdirilməsi və versiya idarəçiliyini həyata keçirmək; UI/UX tələblərinə uyğun istifadəçi interfeyslərinin hazırlanmasında iştirak etmək;
  • Versiya nəzarəti sistemlərindən istifadə etməklə komanda daxilində proqram təminatının hazırlanması proseslərinə qoşulmaq; Agile, Scrum və ya digər tətbiq olunan metodologiyalara uyğun olaraq layihə fəaliyyətlərində iştirak etmək;
  • Hazırlanmış həllər üzrə texniki sənədlərin hazırlanmasını və aktuallığının təmin edilməsini həyata keçirmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Mobil tətbiqlərin hazırlanması üzrə portfolio və ya Google Play Store / Apple App Store üzərində yayımlanmış tətbiqlərin təqdim edilməsi tələb olunur;
  • Mobil tətbiqlərin hazırlanması sahəsində peşəkar təlim proqramlarında iştirak və ya müvafiq beynəlxalq sertifikatlara malik olmaq arzuolunandır;
  • Flutter və ya React Native framework-ləri ilə işləmə bacarığı; Android (Kotlin/Java) və ya iOS (Swift) proqramlaşdırma dilləri üzrə biliklər;
  • Android Studio və/və ya Xcode inkişaf mühitləri ilə işləmə bacarığı;
  • Git versiya nəzarət sistemindən istifadə bacarığı;
  • REST API və JSON formatları ilə işləmə bacarığı;
  • Firebase platforması ilə işləmə təcrübəsi;
  • Postman və ya analoji API test alətləri ilə işləmə bacarığı;
  • Jira və Confluence platformaları ilə işləmə bacarığı;
  • Google Play Console və Apple App Store Connect platformaları üzrə təcrübə; CI/CD alətləri və deployment prosesləri üzrə biliklər
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili, Rus dili orta.