İşin təsviri
- Hava gəmilərinin mühafizəsini təmin etmək və dayanacaqlarda patrul xidməti aparmaq;
- Hava gəmisinə yaxınlaşan şəxslərin buraxılış vərəqələrini yoxlamaq və onların hava gəmisinə buraxılmasının zəruriliyini dəqiqləşdirmək;
- Şübhəli şəxslər və hallar aşkar edildikdə dərhal növbə rəisinə məlumat vermək və zəruri tədbirlər görmək;
- Mühafizə olunan ərazilərdə hasarların, qapıların, kilid və plombaların vəziyyətinə nəzarət etmək;
- Postda olan avadanlıqların və rabitə vasitələrinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Xidmət zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Tələblər
- Ali təhsil (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (əla) , ingilis dili (orta), əlavə xarici dil biliyi üstünlük hesab edilir;
- Məhkumluq və zərərli vərdişlərin olmaması;
- Psixoloji və fiziki cəhətdən sağlam;
- Həqiqi hərbi xidmət keçmiş;
- 20-35 yaş arası qadın və kişi namizədlər;
- Boy göstəriciləri: kişi namizədlər üçün 1.75 sm, qadın namizədlər üçün 1.65 sm az olmamalı);
- Məsuliyyətli, detallara qarşı diqqətli, çalışqan;
- Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Əlavə iş şərtləri:
- İş rejimi: Növbəli;
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Geyim üslubu: Xüsusi geyim forması.