İşin təsviri
Təsvir
- Aviaşirkətin ixtisaslaşdırılmış proqram təminatı üçün texniki dəstək;
- Rəqəmsal kommersiya məhsullarının və mobil tətbiqlərinin daxilində həyata keçirilmiş bütün layihələrin inteqrasiyası və texniki dəstəyini icra etmək;
- İnsident və sorğuların idarə edilməsi; QA-manual testlərin aparılması;
- Aviaşirkətdə istifadə olunan sistemlərin performansının monitorinqi və təhlili;
- İstifadəçilərin təlimi. Təlim sessiyalarının keçirilməsi və ixtisaslaşdırılmış proqram təminatının istifadəsi üzrə istifadəçi təlimatlarının hazırlanması;
- Mürəkkəb texniki problemləri həll etmək üçün digər şöbələrlə əməkdaşlıq etmək;
- Məxfi məlumatlarla işləyərkən və sistemlərə daxil olarkən şirkətin təhlükəsizlik siyasətlərinə əməl olunmasının təmin edilməsi;
- Bacarıqların inkişafı və öz üzərində çalışma: İT sahəsində yeni texnologiyalar və metodlarla tanış olma;
- Dəstək proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması.
Tələblər
- Təhsil səviyyəsi: Ali ( IT sahəsində);
- IT sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Təqdimat bacarıqlar;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
- Proqramlaşdırma bilikləri arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).
İş qrafiki:
- Növbəli
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı