İşin təsviri
- Müntəzəm və qeyri-müntəzəm uçuşlar üçün eniş, havaməkanından keçid icazəsi və digər zəruri uçuş icazələrinin vaxtında alınmasını təmin etmək;
- Xarici mülki aviasiya orqanları, hava limanları və slot koordinatorları ilə operativ əlaqələndirməni həyata keçirmək;
- Hava limanı slotlarının sorğularını hazırlamaq, onların alınmasını, dəyişdirilməsini, ləğvini və monitorinqini həyata keçirmək;
- Çarter və digər xüsusi təyinatlı uçuşların təşkili və əlaqələndirilməsini təmin etmək;
- Uçuş cədvəlində baş verən dəyişikliklərə uyğun olaraq uçuş icazələri və slotların operativ idarə olunmasını təmin etmək;
- Beynəlxalq aviasiya qaydalarına, və milli qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
- Uçuş icazələri, slotlar və çarter əməliyyatları üzrə uçotun aparılmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Uçuş icazələrinin və hava limanı slotlarının təmin edilməsi məqsədilə şirkətin digər struktur bölmələri ilə koordinasiya və qarşılıqlı əlaqəni həyata keçirmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali;
- Şəbəkə və cədvəl planlaşdırma sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Təqdimat bacarıqları;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yaxşı).
İş qrafiki:
- Növbəli
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı