İşin təsviri
Təsvir
- Data inteqrasiyası təşəbbüsləri üzrə layihələrin planlaşdırılması və icrasının dəstəklənməsi;
- Müxtəlif məlumat mənbələrinin qiymətləndirilməsi və biznes ehtiyaclarına uyğunluğunun təmin edilməsi;
- Data xəritələri və digər müvafiq sənədlərin hazırlanması;
- Satış, marketinq və müştəri xidməti komandaları ilə əməkdaşlıq edərək data ehtiyaclarının müəyyənləşdirilməsi;
- Biznes tələblərinin data komandası üçün texniki tələblərə çevrilməsi;
- Data keyfiyyəti, təhlükəsizliyi və idarəedilməsi prinsiplərinin tətbiqinə dəstək;
- Mürəkkəb dataların vizuallaşdırılması və nəticələrin maraqlı tərəflərə aydın şəkildə təqdim edilməsi;
- Data ilə əlaqəli proses, sistem və texnologiyalarda dəyişikliklərin idarə edilməsinə dəstək;
- Data layihələri üzrə biznes analitikası dəstəyinin göstərilməsi.
Tələblər
- Ali təhsil (bakalavr);
- Biznes analitikası, data analitikası və ya əlaqəli sahədə 1–3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə SQL və Python bilikləri;
- MS Office proqramları üzrə yaxşı istifadə bacarığı;
- Azərbaycan dili – C2;
- İngilis dili – B2, Rus dili üstünlükdür;
- Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Komandada işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Yeni bilik və bacarıqları sürətli mənimsəmə qabiliyyəti.
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı