İşin təsviri
- Hər uçuşdan əvvəl yüklənmiş yeməklərin və avadanlıqların yoxlanılmasını həyata keçirmək və sərnişin üçün nəzərdə tutulmuş lazımi sayda menyu spesifikasiyalarına, avadanlıqlarına, qida və qeyri-ərzaq standartlarına və mətbəx yükləmə planlarına uyğunluğunu yoxlamaq;
- AZAL-ın ASG anbarında saxlanılan inventar və avadanlıqlarınının idarə edilməsini təmin etmək;
- Hər uçuşun sonunda AZAL-ın ehtiyatlarının inventarizasiyasını aparır. AZAL-ın bütün ehtiyatları haqqında GYD-yə və xarici stansiyalara aylıq hesabatlar hazırlayıb və göndərmək;
- Müxtəlif növ təyyarələr və salon sinifləri üçün mətbəx yükləmə planlarında lazımi təkmilləşdirmələr daxil olmaqla, logistika ilə bağlı müvafiq rəy vermək.
Tələblər
- Qida təhlükəsizliyi qaydaları və uyğunluq da daxil olmaqla, qida xidməti əməliyyatları haqda məlumatlı olmaq;
- Qida xidməti qrupları, təchizatçılar və tənzimləyicilərlə əməkdaşlıq etmək üçün effektiv ünsiyyət bacarıqları;
- Yüksək təzyiq altında işləmək, çətin vəziyyətlərdə möhkəmlik, uyğunlaşma və effektiv qərar qəbul etmə bacarıqları;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində səlis danışma;
- Güclü kompüter bacarıqları, xüsusən də Microsoft Office-də tapşırıqları effektiv şəkildə yerinə yetirmək və ünsiyyət qurmaq üçün əsas alətlərdən bacarıqlı istifadəni təmin etmək.
İş qrafiki: Növbəli – 08:00-20:00/20:00-08:00 (2 gün istirahət);
İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu