İşin təsviri
- Hava limanının uçuşların elektrik-işıq texniki təminatı üzrə sahəsinin fəaliyyətini təşkil etmək və idarə etmək;
- Uçuşların elektrik-işıq texniki vasitələri ilə fasiləsiz və təhlükəsiz təmin olunmasına nəzarət etmək;
- Sahənin gündəlik fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü həyata keçirmək və əməkdaşların fəaliyyətini əlaqələndirmək;
- Hava limanının işıqlandırma sistemlərinin, elektrik avadanlıqlarının və uçuşların elektrik-işıq təminatı vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;
- Elektrik-işıq sistemlərinin istismarının müəyyən edilmiş texniki tələblərə, normativ sənədlərə və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
- Avadanlıqlarda yaranan nasazlıqların vaxtında müəyyən edilməsini, aradan qaldırılmasını və zəruri texniki tədbirlərin görülməsini təşkil etmək;
- Profilaktik texniki xidmət və təmir işlərinin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək;
- Sahədə aparılan texniki işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsinə nəzarət etmək;
- Avadanlıqların texniki vəziyyəti, aşkar edilmiş nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabat və məlumatların hazırlanmasını təşkil etmək;
- Zəruri texniki ehtiyatların, materialların və avadanlıqların müəyyən edilməsində və onların səmərəli istifadəsində iştirak etmək;
- Əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətinə nəzarət etmək və iş intizamını təmin etmək;
- Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- Fövqəladə və operativ hallarda zəruri tədbirlərin görülməsini təşkil etmək və aidiyyəti rəhbərliyə məlumat vermək;
- Hava limanının digər struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək;
- Sahənin fəaliyyətinin təkmilləşdirilməsi və əməliyyatların səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil – bakalavr dərəcəsi;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Elektrik, elektrotexnika, energetika və ya əlaqəli texniki sahə üzrə biliklər;
- Elektrik avadanlıqlarının və sistemlərinin istismarı, texniki xidməti və təmiri üzrə ilkin/praktiki biliklər;
- Hava limanı elektrik-işıq sistemlərinin iş prinsipləri barədə biliklərin olması üstünlükdür;
- Texniki sənədləri, təlimatları və normativ tələbləri oxumaq və tətbiq etmək bacarığı;
- Texniki problemləri müəyyən etmək, təhlil etmək və operativ həll etmək bacarığı;
- İşlərin planlaşdırılması, əməkdaşlar arasında düzgün iş bölgüsünün aparılması və komandanın fəaliyyətinin koordinasiya edilməsi bacarığı;
- Müstəqil qərar qəbul etmək və operativ vəziyyətlərdə düzgün istiqamət müəyyənləşdirmək bacarığı;
- Azərbaycan dilini əla səviyyədə bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;
- MS Word, MS Excel və MS Outlook proqramlarından istifadə bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Danışıqların aparılması və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Problemlərin həlli və qərarvermə bacarığı;
- Öyrənmə və yeni texnologiya və prosedurlara uyğunlaşma qabiliyyəti;
- Komandada işləmək və komandanı idarə etmək bacarığı;
- Strateji və analitik düşünmə qabiliyyəti;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək iş intizamı;
- Təhlükəsizlik tələblərinə ciddi riayət etmək və texniki məsələlərə məsuliyyətli yanaşmaq.
İş yeri: Naxçıvan Beynəlxalq Hava Limanı
İş rejimi: Növbəli