İşin təsviri
- Azərbaycan Respublikasının “Azərbaycan Hava Yolları” QSC-nin hava limanlarında perronda avtonəqliyyat və mexanikləşdirilmiş vasitələrin təhlükəsiz hərəkətinə nəzarəti təmin edilməsi;
- Aerodrom ərazisində hərəkət edən nəqliyyat vasitələri və mexanizmlərin müəyyən edilmiş sürət həddinə riayət edilməsi;
- Yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının səbəblərini araşdırılması, onların qarşısının alınması məqsədilə tədbirlər planı hazırlanması və icrasının təmin edilməsi;
- Xüsusi təyinatlı nəqliyyat vasitələrinin hava gəmilərinə təhlükəsiz şəkildə yaxınlaşmasına və uzaqlaşmasına nəzarət edilməsi;
- Xüsusi avtonəqliyyat vasitələri tərəfindən yol hərəkəti və perron təhlükəsizliyi qaydalarının pozulması hallarını aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi.
Tələblər
- Təhsil səviyyəsi – Bakalavr;
- Minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (sərbəst);
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Word, Excel – əla səviyyədə).
İş qrafiki:
- Növbəli;
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı.