İşin təsviri
Təsvir
- DevSecOps yanaşmasının və Secure SDLC prinsiplərinin tətbiqində iştirak etmək;
- CI/CD proseslərinə təhlükəsizlik yoxlamalarını inteqrasiya və avtomatlaşdırmaq;
- SAST, DAST, SCA, Secret Scanning və digər Application Security alətlərinin tətbiqini və idarə edilməsini həyata keçirmək;
- Tətbiq kodu, üçüncü tərəf komponentləri, container və IaC üzrə təhlükəsizlik boşluqlarını aşkarlamaq və aradan qaldırılmasını izləmək;
- Docker, Kubernetes, cloud və on-premise mühitlərdə təhlükəsizlik nəzarətlərinin tətbiqində iştirak etmək;
- Development və DevOps komandaları ilə birlikdə təhlükəsizlik tələblərinin proqram təminatının hazırlanması prosesinə inteqrasiyasını təmin etmək;
- Aşkarlanmış zəiflikləri qiymətləndirmək, prioritetləşdirmək və onların aradan qaldırılmasına nəzarət etmək;
- DevSecOps və Application Security üzrə təhlükəsizlik standartlarının və texniki tələblərin hazırlanması və təkmilləşdirilməsində iştirak etmək.
Tələblər
- Informasiyə Təhlükəsizliyi, Kompüter Elmləri və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Proqram təminatının təhlükəsizliyi sahəsində minimum 1-2 il iş təcrübəsi;
- DevSecOps yanaşması və SSDLC prosesi üzrə dərin biliklər;
- SAST, DAST, SCA alətləri ilə bağlı bilik və təcrübə;
- Mikroservis tətbiqi arxitekturasının prinsiplərini başa düşmək;
- CI/CD pipeline iş prinsipi üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Strateji düşünmə qabiliyyəti;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Dəyişikliklərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar;
- Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – yüksək, İngilis dili – yüksək, Rus dili – yüksək.
İş qrafiki:
- 5 günlük (2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı