Proqramların istismarı üzrə mütəxəssis / Hava Yolları Rəqəmsal Məhsullar Mərkəzi

İşin təsviri

  • Aviaşirkətin inventori və distribyusiya sistemləri üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
  • Sistemlərlə bağlı daxil olan insident və istifadəçi sorğularının qeydiyyatı, təhlili və həll olunmasının təmin edilməsi;
  • Sistemlərin fəaliyyətinin monitorinqi, yaranan problemlərin müəyyənləşdirilməsi və təhlili;
  • Yeni funksionallıqların və dəyişikliklərin tətbiqindən əvvəl manual testlərin aparılması və nəticələrin sənədləşdirilməsi;
  • Sistem istifadəçilərinə məsləhət və dəstək verilməsi, lazım olduqda təlim sessiyalarının keçirilməsi və istifadəçi təlimatlarının hazırlanması;

Tələblər

  • Təhsil səviyyəsi: Ali ( IT sahəsində);
  • IT sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Təqdimat bacarıqlar;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
  • Proqramlaşdırma bilikləri arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).

İş qrafiki:

  • Növbəli

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı