İşin təsviri
- Hava limanının ümumi biznes məqsədləri ilə uzlaşan qeyri-aviasiya gəlir strategiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
- Gəlirlərin artırılması məqsədilə yeni kommersiya imkanlarını və tərəfdaşlıqları müəyyənləşdirmək;
- İcarə tendensiyalarını, tələb amillərini və rəqabət mühitini qiymətləndirmək üçün bazar araşdırmaları və təhlillər aparmaq;
- Pərakəndə satış, qida və içki, xidmətlər, reklam və parkinq sahələri ilə əlaqədar layihələrin planlaşdırılmasını və icrasını təşkil etmək;
- Mövcud pərakəndə satış, qida və içki, xidmət təminatçıları ilə əməkdaşlığı idarə etmək, satış göstəricilərini izləmək və müqavilə öhdəliklərinə riayət olunmasını təmin etmək;
- Sərnişin davranışı, alış-veriş tendensiyaları və qlobal kommersiya trendləri üzrə mütəmadi araşdırmalar aparmaq;
- İllik büdcələrin və gəlir proqnozlarının hazırlanmasını təmin etmək, KPİ-lərin və maliyyə göstəricilərinin icrasına nəzarət etmək;
- Potensial icarədarlarla icarə şərtləri, tariflər və mümkün güzəştlər barədə danışıqlar aparmaq;
- İdarə heyətinə təqdim edilmək üçün dövri hesabatlar hazırlamaq;
- Kommersiya sahələrinin optimal istifadəsini təmin etmək və icarədarların maraqları ilə sərnişin rahatlığını balanslaşdırmaq.
Tələblər
- Marketinq, Biznes, Əmlak və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Hava limanları, ticarət mərkəzləri və ya pərakəndə satış sahəsində ən azı 7 il iş təcrübəsi;
- Azərbaycan dili – mükəmməl, İngilis dili – yüksək səviyyədə;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət, danışıqlar aparmaq və təqdimat bacarıqları;
- Qərarvermə, problem həlli və strateji düşünmə qabiliyyəti;
- Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və idarəetmə bacarığı.
İş qrafiki: 5 günlük;
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı