İşin təsviri
- Qovşaq üzrə məsafədən idarəetmə aparatlarının fasiləsiz işləməsini təmin etmək;
- Aerodrom işıqlanma sistemlərinin məsafədən idarə olunmasını təşkil etmək;
- İşıqlanma avadanlıqları və avtomatika sistemlərinin texniki istismarını, profilaktik baxışını və təmirini vaxtında həyata keçirmək;
- Uçuş rəhbərinin icazəsi əsasında işıqlanma avadanlıqlarının qoşulması, ayrılması və təmir işlərini icra etmək;
- Qəza və nasazlıq hallarında operativ müdaxilə etmək, problemi aradan qaldırmaq və aidiyyəti üzrə məlumat vermək;
- Texniki sənədləşməni müəyyən edilmiş qaydalara uyğun aparmaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etmək.
Tələblər
- Ali təhsili (elektrotexnika, energetika, avtomatika və ya digər müvafiq texniki ixtisas üzrə);
- Elektrik və ya avtomatika avadanlıqları ilə işləmək bacarığı;
- Texniki sxem və sənədləri oxuma bacarığı;
- MS Word və MS Outlook proqramlarında işləmək bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olmaq;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Problem həll etmə və operativ qərarvermə bacarığı;
- Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş rejimi: Növbəli
İş yeri: Gəncə Beynəlxalq Hava Limanı