İşin təsviri
- Çağrı mərkəzinə daxil olan zənglərin və sifarişlərin qəbulu;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 nömrəli qərarı üzrə tələblərin bilinməsi və tətbiqi;
- Sərnişinlərin sistemində sifarişlərin düzgün qeydiyyatının aparılması;
- Mövcud xidmətlər və digər hava limanlarında xidmətlərin təşkili imkanları barədə maraqlanan şəxslərə ətraflı məlumatın verilməsi;
- Sərnişinlərə xidmət prosesində iştirak edən aidiyyəti struktur bölmələrinin əməkdaşları ilə effektiv qarşılıqlı fəaliyyətin təmin olunması;
- İşə başladıqda növbə üzrə bütün yeni göstərişlərlə tanış olmaq və növbə təhvil-təslim zamanı müvafiq məlumatları digər mütəxəssislərə ötürülməsi;
- Xidmətlərlə bağlı statistik məlumatların müəyyən olunmuş formaya uyğun olaraq gündəlik və aylıq hesabat şəklində rəhbərliyə təqdim edilməsi;
- Sərnişinlərlə ünsiyyət zamanı danışıq və xidməti etika qaydalarına ciddi riayət olunması.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi);
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı;
- Müştəri xidməti və ya çağrı mərkəzi sahəsində minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
- Çoxsaylı tapşırıqları yerinə yetirmək və sürətli iş mühitində işləmək bacarığı;
- Analitik düşünmə və əməliyyatların optimallaşdırılması qabiliyyəti;
- Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş rejimi: Növbəli
İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı