İşin təsviri
- Təchizatçıların Cəmiyyətin daxili prosedur, qayda və tələblərinə, etik prinsiplərə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
- Satınalma prosesləri üzrə büdcə vəsaitlərinin təsdiqləndiyindən əmin olmaq;
- Cəmiyyətin dəyərlərini və missiyasını paylaşan təchizatçılarla əməkdaşlığın qurulmasını təmin etmək;
- Bazar araşdırmaları apararaq Cəmiyyətin meyarlarına uyğun potensial təchizatçıları müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq;
- Satınalma tələblərinin, eləcə də mal/material, iş və xidmətlərin texniki spesifikasiyalarının müəyyənləşdirilməsi üçün sifarişçilər və büdcə sahibləri ilə koordinasiya aparmaq;
- Cəmiyyətin illik satınalma planının hazırlanmasında iştirak etmək;
- Sifarişçiləri və büdcə sahiblərini bazar imkanları, rəqabət mühiti və əsas təchizatçılar barədə məlumatlandıraraq optimal qərar qəbuluna dəstək olmaq;
- İllik satınalma planının düzgün və effektiv hazırlanması üçün sifarişçilərə metodoloji dəstək göstərmək;
- Satınalma planında nəzərdə tutulan mal/material, iş və xidmətlərin düzgün təsnifatlandırılmasını və detallı qeydiyyatının aparılmasını təmin etmək;
- Təchizatçı siyahısını mütəmadi olaraq yeniləmək və aktuallığını qorumaq;
- Satınalma təşəbbüskarını təchizatçı axtarışı, seçim və müqavilə danışıqları prosesləri barədə məlumatlandırmaq və prosesə cəlb etmək;
- Təchizatçılar və daxili sifarişçilər arasında əlaqələndirici şəxs qismində çıxış edərək satınalma ilə bağlı məsələlərin həllini təmin etmək;
- Cəmiyyətin struktur bölmələri tərəfindən mal/materialların istifadəsinə nəzarət etmək, istifadə normaları ilə faktiki göstəriciləri analiz etmək;
- İstifadə olunmamış mal-materialların aşkar edilməsi və səmərəli istifadəsi ilə bağlı təkliflər vermək;
- Texniki materialların anbarlarda düzgün saxlanılmasına nəzarət etmək;
- Anbarda mal/materialların inventarizasiya prosesinə nəzarət etmək;
- Peşəkar bilik və bacarıqları davamlı olaraq inkişaf etdirmək.
Tələblər
- Təhsil: Ali Təhsil;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
- Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
- Sahə üzrə iş təcrübəsi minimum 3 il;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Analitik təhlil etmə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı