İşin təsviri
Təsvir
- Satınalma proseslərinə aid daxil olan məktubların, sorğuların, aktların və digər sənədlərin qəbulunu və qeydiyyata alınmasını təmin etmək;
- Sənədlərin aidiyyəti struktur bölmələrə yönləndirilməsini və icra müddətlərinə nəzarəti həyata keçirmək;
- Satınalma müqavilələrinin layihələrinin hazırlanmasında və ilkin yoxlanılmasında iştirak etmək;
- Müqavilələrin sistemə daxil edilməsini, imzalanma prosesinin izlənilməsini və imzalanmış müqavilələrin fiziki və elektron formada arxivləşdirilməsini təmin etmək;
- Satınalma sənədlərinin şirkət standartlarına uyğun olaraq fiziki və elektron formada arxivləşdirilməsini təmin etmək;
- Bütün satınalma sənədlərinin məxfiliyinin qorunmasını və məlumat təhlükəsizliyi tələblərinə uyğun idarə olunmasını təmin etmək;
- Tələb olunan sənədlərin qısa müddət ərzində təqdim olunmasını təmin etmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili – arzuolunandır.
- MS Office proqramlarında işləmək bacarığı;
- Sənədlərin düzgün idarə olunması, qeydiyyatı və arxivləşdirilməsi üzrə bacarıq;
- Diqqətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- Öyrənmə və yeni prosesləri tez mənimsəmə qabiliyyəti;
- Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşma bacarığı;
- Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətlərdə icra olunması bacarığı.