İşin təsviri
- Əlaqə Mərkəzində növbə ərzində əməliyyat fəaliyyətinin təşkil edilməsi və proseslərin fasiləsiz icrasına nəzarət etmək;
- Növbə ərzində əməkdaşların iş fəaliyyətini koordinasiya etmək və onların iş bölgüsünü təmin etmək;
- Müştəri müraciətlərinin operativ və keyfiyyətli şəkildə cavablandırılmasına nəzarət etmək;
- Çətin və ya eskalasiya olunan müştəri müraciətlərinin həllində dəstək göstərmək;
- Əlaqə Mərkəzinin fəaliyyətinə dair gündəlik əməliyyat göstəricilərinin izlənilməsi və rəhbərliyə təqdim edilməsi;
- Daxili prosedur və xidmət standartlarına əməl olunmasına nəzarət etmək;
- Komanda üzvlərinin motivasiyasını və iş səmərəliliyini artırmaq məqsədilə dəstək göstərmək.
Tələblər
- Ali təhsil (Bakalavr dərəcəsi);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqlar aparmaq və müştəri yönümlü yanaşma bacarığı;
- Qərarvermə və problem həll etmə qabiliyyəti;
- Komandanın idarə olunması və koordinasiya bacarığı;
- Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada effektiv işləmək bacarığı.
- İş rejimi: Növbəli
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı