İşin təsviri
- Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununun tələblərinə uyğun olaraq sərnişin müraciətlərinin araşdırılması;
- Hava daşınması müqaviləsinin müddəalarının pozulması və sərnişinlərə keyfiyyətsiz xidmət göstərilməsi ilə bağlı müraciətlərə baxılması;
- Müraciətlərin daxil olmasına səbəb olan hallar və dəlillərin araşdırılmasının təmin edilməsi;
- Daxil olmuş müraciətlərin müvafiq struktur bölmələrlə əlaqələndirilərək araşdırılması və cavablandırılması.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Hüquq sahəsində üstünlük verilir);
- Amadeus, DCS sistemlərini bilmək;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (yüksək), Rus dili (arzuolandır).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı