İşin təsviri
Təsvir
- Daşıyıcının daşınma qaydalarına əsasən normadan artıq baqajın rəsmiləşdirilməsi tələblərini bilmək;
- Normadan artıq baqaj, prioritet yerlər, xidmət sinfinin artırılması və hava limanında qeydiyyat xidmətlərinə görə ödənişləri qəbul etmək;
- EMD və MCO (Müxtəlif yığımlar qəbzi) sənədlərini müvafiq tələblərə uyğun şəkildə rəsmiləşdirmək;
- TİM tələblərinə əsasən sərnişinlərin pasport və vizalarını yoxlamaq;
- Müşayiət olunmayan uşaqların qeydiyyatı zamanı aviaşirkət qaydalarına uyğun sənədləri yoxlamaq;
- Fiziki hərəkəti məhdud olan sərnişinlərin qeydiyyatı zamanı müvafiq prosedurlara əməl etmək;
- Valideynlərindən biri ilə səyahət edən 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarının sənədlərini yoxlamaq.
Tələblər
- Ali təhsil (bakalavr);
- Azərbaycan dilini yüksək, ingilis dilini əla, rus dilini isə orta səviyyədə bilmək;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramları ilə işləmə bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Qərarvermə və problem həll etmə qabiliyyəti;
- Operativlik və yüksək məsuliyyətlilik;
- Komandada işləmək və effektiv koordinasiya bacarığı;
- Dəyişikliklərə çevik uyğunlaşma və yüksək stress altında işləmə qabiliyyəti;
- Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.
İş qrafiki: Növbəli
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı